İdman
Lionel Messi MLS-də rekorda imza atdı - VIDEO
"İnter Mayami"nin hücumçusu Lionel Messi MLS tarixində çıxış etdiyi klubun heyətində bütün turnirlər daxil olmaqla 100 qol həddinə ən tez çatan futbolçu adını qazanıb. Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, argentinalı ulduz Çempionlar Kuboku çərçivəsində Meksikanın "Krus Asul" klubuna qarşı keçirilən görüşdə fərqlənməyi bacarıb. Onun 100 dəfə rəqib qapılarına yol tapması üçün cəmi 115 qarşılaşma kifayət edib.
Qeyd edək ki, "Krus Asul"u 2:0 hesabı ilə məğlub edən "İnter Mayami" kubokun sahibi olub.
Qeyd edək ki, "Krus Asul"u 2:0 hesabı ilə məğlub edən "İnter Mayami" kubokun sahibi olub.
Mənbə
oxu.az