Kriminal
Bakıda altı dost gecə dəhşət yaşadı - FOTO
Bu ilin fevral ayında paytaxtın Yasamal rayonu ərazisində baş vermiş ağır avtomobil qəzası ilə bağlı məhkəmə prosesi yekunlaşıb. Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsində 22 yaşlı Əli Məmmədova hökm oxunub. Məlum olub ki, hadisə gecə saat 04:20-də Kənar Dairəvi Yolun Yasamal rayonundan keçən hissəsində - üzü Lökbatan qəsəbəsi istiqamətində baş verib. Həmin gecə Əli Murad, Cəfər və digər 3 dostu ilə evə qayıdırmış. "Khazar" markalı maşın Cəfərə məxsus olsa da, aralarında yeganə ayıq olan Əli sükan arxasına keçib. Lakin döngələrin birində o, idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarındakı yük avtomobilinə çırpılıb. Nəticədə, 21 yaşlı Murad Məhərrəmov həlak olub, dostlardan daha biri isə ağır xəsarət alıb. M.Məhərrəmov bərbər kimi fəaliyyət göstərirmiş. O, ailədə 4 qardaşın ən kiçiyi olub. Məhkəmədə mərhumun ailəsi, eləcə də digər zərərçəkən şəxs Əlidən şikayətçi olmayıb. Yasamal Rayon Məhkəməsinin hökmü ilə Əliyə 3 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Onun iki il müddətə sürücülük hüququ da məhdudlaşdırılıb və cəzasını məntəqə tipli müəssisədə çəkməsi bildirilib.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az