Cəmiyyət

AZAL Astanada regional biznes sammitlərinə qatılıb

16 Sep 2026, 18:00 3 baxış
AZAL Astanada regional biznes sammitlərinə qatılıb

Azərbaycan Hava Yolları QSC (AZAL) 8–10 sentyabrda Qazaxıstanın paytaxtı Astanada keçirilmiş regional biznes sammitlərində iştirak edib.


AZAL-dan Axar.az-a verilən əlumata görə, 8 sentyabrda "Xalis Sıfır Enerjiyə Doğru – Mərkəzi Asiya və Xəzər Biznes Sammiti" çərçivəsində aviaşirkət "Mərkəzi Asiyada Aviasiyanın Dekarbonizasiyası: Tənzimləyici Təzyiqlər, İkili Əhəmiyyətlilik və Maliyyə Riskləri" mövzusunda təqdimatla çıxış edib.


10 sentyabrda isə Mərkəzi Asiya və Xəzər regionu üzrə 13-cü Emal və Emal Məhsullarının Satışı Biznes Sammitində AZAL "Səmada Yeni Standart: Regionun Qlobal SAF İstehsal Mərkəzi kimi Mövqeləndirilməsi" mövzusunda sessiyaya moderatorluq edib.


Tədbirdə həmçinin AZAL-ın ESG sahəsində inkişaf yolu və aviasiya ekosistemi üzrə həyata keçirilən praktiki dekarbonizasiya həlləri, eləcə də dayanıqlılıq öhdəliklərinin şirkətin əməliyyatlarına inteqrasiyası istiqamətində görülən işlər təqdim olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər