Siyasət

TDT-nin dini liderlərinin iştirakı ilə Ağdamda xüsusi tədbir keçirildi - FOTO

16 Sep 2026, 14:25 4 baxış
TDT-nin dini liderlərinin iştirakı ilə Ağdamda xüsusi tədbir keçirildi - FOTO
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin Bakıda keçirilən 7-ci görüşü çərçivəsində Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın iştirakçıları Qarabağa səfər ediblər. Oxu.Az "Report"a istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə keçirilən səfər çərçivəsində Ağdam Cümə Məscidində xüsusi tədbir keçirilib. Tədbirdə çıxış edən QMİ sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Ağdam Cümə məscidi Birinci Qarabağ Müharibəsi dönəmində "şəhid məscidi" kimi yadda qalmışdı: "Bu divarlarda neçə-neçə ananın naləsi var. Mən özüm də bu hadisələr zamanı məsciddə olmuşam. Qarabağ indi yenidən qurulur, dini ibadət yerləri də bərpa edilir, yeni məscidlər tikilir və ibadət üçün açılır. Bu, çox sevindirici haldır". Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsi Emin Hüseynov isə vurğulayıb ki, Ağdam şəhəri vaxtilə dağıntı və kədərin simvolu, "Qafqazın Xirosiması" kimi xarakterizə olunurdusa, bu gün o, sülhün, təhlükəsizliyin və gələcəyə inamın rəmzinə çevrilir. İslam Məzhəblərinin Yaxınlaşdırılması Beynəlxalq Assambleyasının baş katibi Həmid Şəhriyari çıxışında regionda və dünyada sülhün, sabitliyin təmin olunmasına çağırış edib: "Ümid edirik ki, tezliklə Cənubi Qafqazda da davamlı sülh əldə ediləcək". Türkiyədən olan nümayəndə Fatih Mehmet Karaca qeyd edib ki, Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin bir araya gəlməsi gələcəyə ümid və inam ifadə edən təşəbbüsdür: "Mən Ağdam Cümə məscidini təkrar ibadətə açan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm. Məscid bir simvoldur, əsas məsələ bölgədə dağıdılan tarixin bərpası, yenidən inşasıdır. Bunu bacaran hər kəsə təşəkkür edirəm". Özbəkistan müftisi Nuriddin Xuliqnəzər də Özbəkistan müsəlmanları adından çıxış edərək Ağdam Cümə Məscidinin yenidən öz əhlinə, öz müsəlmanlarına qayıtmasından məmnunluq ifadə edib: "Bu məscid, bu diyar neçə-neçə günahsızın göz yaşlarının şahidi olub, şəhidlərin qanı bahasına azad edilib. Azərbaycan və Özbəkistan sadəcə dost və qardaş deyil, həm də müttəfiqdir. Bizim prezidentlərimiz də bununla əlaqədar müqavilə imzalayıblar. Ümid edirəm ki, bu dostluq və müttəfiqlik əbədi davam edəcək".
{{gallery}}
TDT-nin dini liderlərinin iştirakı ilə Ağdamda xüsusi tədbir keçirildi - FOTO TDT-nin dini liderlərinin iştirakı ilə Ağdamda xüsusi tədbir keçirildi - FOTO TDT-nin dini liderlərinin iştirakı ilə Ağdamda xüsusi tədbir keçirildi - FOTO TDT-nin dini liderlərinin iştirakı ilə Ağdamda xüsusi tədbir keçirildi - FOTO TDT-nin dini liderlərinin iştirakı ilə Ağdamda xüsusi tədbir keçirildi - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər