Cəmiyyət
İki incəsənət məktəbi Mədəniyyət Nazirliyinin tabeliyinə daxil edilib
"Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilib. Oxu.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Füzuli şəhər Kurmanqazı adına İncəsənət Məktəbi və Xankəndi şəhər İncəsənət Məktəbi nazirliyin tabeliyinə daxil olunub.
Mənbə
oxu.az