Dünya

Rubio "ABŞ-də yeri olmayan" şəxslər üçün yeni viza məhdudiyyətləri elan etdi

16 Sep 2026, 12:20 3 baxış
Rubio "ABŞ-də yeri olmayan" şəxslər üçün yeni viza məhdudiyyətləri elan etdi
ABŞ-nin Dövlət katibi Marko Rubio Donald Tramp Administrasiyası tərəfindən irqi ayrı-seçkilik kimi qiymətləndirilən hərəkətlərdə iştirak edən və Cənubi Afrikada olan əcnəbi vətəndaşlara qarşı yeni viza məhdudiyyəti siyasətini elan edib. Oxu.Az xəbər verir ki, bu barədə M.Rubio "X" sosial şəbəkə hesabında yazıb: "Bu gün mən Cənubi Afrikada irqi ayrı-seçkiliyə, zorakılığın qızışdırılmasına və ya kompensasiya ödənilmədən torpaqların müsadirəsinə kömək edən tədbirləri irəli sürən və ya dəstəkləyən xarici vətəndaşlara qarşı yeni viza məhdudiyyətlərinin tətbiq edildiyini bildirirəm. Bu cür ədalətsiz hərəkətlərə görə məsuliyyət daşıyan şəxslərin Amerika Birləşmiş Ştatlarında yeri yoxdur". Rubionun sözlərinə görə, kənd yerlərində cinayətkarlıq və irqçilik problemlərinin öhdəsindən gələ bilməyən Cənubi Afrika Respublikasının (CAR) hökuməti azlıqlara, o cümlədən avropalı kolonistlərin nəsillərindən olan afrikanerlərə qarşı irqi ayrı-seçkiliyə görə məsuliyyət daşıyır. Qeyd edək ki, avqustun sonlarında BMT Cənubi Afrikada miqrantlara qarşı ksenofobiya və irqçi cinayətlərin kəskin artdığını bəyan etmişdi. Təşkilatın məlumatına əsasən, ilin əvvəlindən bəri həm mülki şəxslərin, həm də mütəşəkkil qrupların əməlləri nəticəsində ən azı dörd miqrant öldürülüb, 50 minə yaxın insan isə evlərini tərk etmək məcburiyyətində qalıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər