Cəmiyyət

2 ay əvvəl vəzifəsindən azad edilmişdi - Geri qaytarıldı

16 Sep 2026, 14:50 1 baxış
2 ay əvvəl vəzifəsindən azad edilmişdi - Geri qaytarıldı

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədrinə müşavir təyin edilib.


Axar.az Plat.az-a istinadən xəbər verir ki, bu vəzifə Mehdi Cavadova həvalə edilib.


Qeyd edək ki, M.Cavadov əvvəllər də sözügedən vəzifədə çalışıb. Belə ki, o, 2023-cü ilin fevral ayından 2026-cı ilin may ayına qədər ASAN Xidmət sədrinin müşaviri olub.


M.Cavadov bu ilin may ayında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinin müşaviri təyin olunsa da, təqribən 2 ay yarımdan sonra, yəni bu il avqustun 1-də vəzifəsindən ayrılıb. O, həmçinin 2019-cu ilin fevralından 2023-cü ilin fevral ayına kimi isə Elektron Hökumətin İnkişafı Mərkəzinin direktor müavini olub.

Mənbə axar.az

Oxşar Xəbərlər