Cəmiyyət

İnterval 30 dəqiqə, kondisioner işləmir, BNA biganə...

16 Sep 2026, 11:39 3 baxış
İnterval 30 dəqiqə, kondisioner işləmir, BNA biganə...

“Gənclik” metrosunun yaxınlığında 3 nömrəli marşrut avtobusu gözləyən sərnişinlər yenidən şikayətçidir.


Bu barədə Axar.az-a danışan sərnişinlərin sözlərinə görə, hər gün səhər saatlarında avtobusu 30-40 dəqiqə gözləməyə məcbur olurlar.


“Məktəblərin, universitetlərin açılması və metronun “Dərnəgül” istiqamətində fəaliyyət göstərməməsi səbəbindən ərazidə sərnişin sıxlığı daha da artıb. Gələn avtobusların dolu olması sərnişinlərin nəqliyyatdan istifadəsini çətinləşdirir.


Həmçinin pik saatlarda avtobuslarda kondisioner işlədilmir. Bu da dolu avtobusda nəfəs almağı çətinləşdirir”, - şikayətdə bildirilib.


Qeyd edək ki, hər gün təkrarlanan bu hal və şikayətlərlə bağlı aidiyyəti qurum yalnız şablon cavablarla kifayətlənir və heç bir əməli addım atmır.

Mənbə axar.az

Oxşar Xəbərlər