Cəmiyyət

Azərbaycanda abort sayı ilə bağlı dəhşətli statistika

16 Sep 2026, 12:19 3 baxış
Azərbaycanda abort sayı ilə bağlı dəhşətli statistika

Azərbaycanda abortların sayı kəskin artıb.


Axar.az Modern.az-a istinadla xəbər verir ki, son 15 ildə Azərbaycanda abort halları 30% artıb. Belə ki, ötən il Azərbaycanda 95 875 doğuş və 95,1 min abort qeydə alınıb. Bununla da ölkədə hər 100 doğulan körpəyə 99 abort faktı düşür.


Maraqlıdır ki, 2010-cu ildə 1 milyondan çox abortun qeydə alındığı Rusiyada 2025-ci ildə abort sayı 64% azalaraq 235 minə düşüb. Ötən il Gürcüstanda 11 800 abort qeydə alınıb ki, bu da 26% azalma deməkdir. Ermənistanda abort statistikası da 18,7 min təşkil edib və 23% geriləyib.


Qardaş Türkiyə də Azərbaycanda olduğu kimi abort halları son 15 ildə artıb. Ötən il ölkədə 74 min abort həyata keçirilib və 2010-cu illə müqayisədə 80% yüksəlib. İran İslam Respublikası da abort trendinin artdığı ölkələr sırasındadır. İranda ötən il abort halları 61% artaraq 305,2 minə yüksəlib.

Mənbə axar.az

Oxşar Xəbərlər