Cəmiyyət

Daha 265 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

16 Sep 2026, 12:30 3 baxış
Daha 265 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar-avqust aylarında 265 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.


Axar.az xəbər verir ki, onlardan 119 min şəxs münasib işlərlə təmin olunub, 3,3 min şəxs kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.


12 min şəxs üçün peşə hazırlığı kursları təşkil olunub, 130,7 min şəxsə isə peşəyönümü xidmətlər göstərilib.

Mənbə axar.az

Oxşar Xəbərlər