Kriminal

Göygöldə "Chevrolet" aşdı - Yaralılar var

16 Sep 2026, 09:56 2 baxış
Göygöldə "Chevrolet" aşdı - Yaralılar var
Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi olub. Oxu.Az-ın məlumatına görə, avtoqəza magistralın Göygöl rayonu ərazisindən keçən hissəsində baş verib. "Chevrolet" markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Qəza nəticəsində avtomobildə olan 1994-cü il təvəllüdlü G.Quluzadə, 2005-ci il təvəllüdlü A.Rzaxanova və 1991-ci il təvəllüdlü T.Babazadə xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər