İdman

Ronaldunun komandası Çempionlar Liqasında darmadağın oldu

15 Sep 2026, 22:52 3 baxış
Ronaldunun komandası Çempionlar Liqasında darmadağın oldu
Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubu Asiya Çempionlar Liqası 2026/27 mövsümünün startında böyükhesablı məğlubiyyətə uğrayıb. Oxu.Az xəbər verir ki, BƏƏ-də keçirilən 1-ci tur matçında meydan sahibləri "Əl-Ayn" rəqibini 4:0 hesabı ilə darmadağın edib. Meydan sahibləri ilk hissəni bir qolla üstün başa vurub, ikinci yarıda isə daha üç dəfə fərqləniblər. Karyerası ərzində 979 qolu olan 41 yaşlı portuqaliyalı ulduz Kriştianu Ronaldu bütün oyunu meydanda keçirsə də, komandasını məğlubiyyətdən xilas edə bilməyib və məhsuldar hərəkətlə yadda qalmayıb. Bu nəticə ilə "Əl-Ayn" yeni mövsümə inamlı 3 xalla başladığı halda, "Əl-Nəsr" ilk turdan xalsız ayrılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər