Dünya

Venesueladan neft almaq istəyən Polşa şirkəti 400 milyon dollara yaxın vəsait itirdi

15 Sep 2026, 14:36 2 baxış
Venesueladan neft almaq istəyən Polşa şirkəti 400 milyon dollara yaxın vəsait itirdi
Polşaya məxsus "Orlen" enerji şirkəti 2023-cü ildə ABŞ-nin tətbiq etdiyi sanksiyalardan yayınmaqla Venesueladan kriptovalyuta müqabilində neft almaq cəhdində 400 milyon dollara yaxın vəsait itirib. Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb. Məlumata əsasən, sözügedən əməliyyatı "Orlen"in İsveçrə şöbəsi icra etməyə cəhd göstərib və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) qeydiyyatdan keçmiş "Hannon International" və "Gold Mar International Trading" şirkətlərinə ilkin ödənişlər edib. Şirkətin vəsaitləri Dubay vasitəsilə köçürülərkən, Polşa konserni tərəfindən kirayələnmiş üç supertanker Venesuelaya istiqamət alıb. Gəmi jurnallarındakı qeydlərə görə, dekabr ayının ortalarında onlar Venesuelanın ərazi sularına daxil olub və ölkənin başlıca neft ixrac mərkəzi sayılan Xose terminalı yaxınlığında lövbər salıblar. Bununla belə, Venesuelanın "Petrоleos de Venezuela" dövlət neft şirkəti xammalın müqabilində heç bir ödəniş almadığını açıqlayıb. Nəticədə bir neçə ay dənizdə gözləyən tankerlər geri boş qayıtmalı olub. Bu səbəbdən "Orlen" ümumilikdə 394 milyon dollar vəsaiti silməyə məcbur qalıb. Nəşr qeyd edir ki, iki ildən çox vaxt keçməsinə baxmayaraq, konsern "Hannon International" şirkətinə köçürdüyü 230 milyon dolları geri qaytarmağa çalışır, lakin Dubay mərkəzli müəssisə hesabında belə bir məbləğin olmadığını bəyan edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər