İqtisadiyyat
Azərbaycandan Ermənistana ixracın həcmi AÇIQLANDI
2026-cı ilin ilk səkkiz ayında Azərbaycanın MDB ölkələri ilə xarici ticarət dövriyyəsinə dair göstəricilər açıqlanıb. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilib. Hesabat dövründə Azərbaycanın ümumi ixracının həcmi 21 milyard 815 milyon 37 min dollar, idxalının həcmi isə 11 milyard 423 milyon 350 min dollar təşkil edib. MDB ölkələri üzrə ixrac 1 milyard 349 milyon 83 min dollar olub. Bu, ümumi ixracın 6.18%-nə bərabərdir. Eyni dövrdə MDB ölkələrindən Azərbaycana 2 milyard 360 milyon 398 min dollar dəyərində məhsul idxal edilib. Bu göstərici ümumi idxalın 20.66%-ni təşkil edib. MDB ölkələri arasında Ermənistana Azərbaycanın ixracı 17 milyon 603 min dollar olub. Ermənistandan Azərbaycana idxalın həcmi isə 960 dollar təşkil edib.
Mənbə
oxu.az