Dünya

Böyük Britaniyada viski qalmaqalı: İngiltərə və Şotlandiya qarşı-qarşıya

15 Sep 2026, 15:44 1 baxış
Böyük Britaniyada viski qalmaqalı: İngiltərə və Şotlandiya qarşı-qarşıya
İngiltərə və Şotlandiya arasında Böyük Britaniya hökumətinin viski istehsalı ilə bağlı son qərarına görə ciddi fikir ayrılığı yaranıb. Oxu.Az xəbər verir ki, bu barədə "Telegraph" nəşri məlumat yayıb. Münaqişənin əsas səbəbi ingilis viskisinə qorunan coğrafi statusun verilməsidir. Bu qərarla həmin spirtli içki rəsmi olaraq Şotlandiya, İrlandiya və Uels sortları ilə eyni səviyyəyə qaldırılıb. Bu yenilik Şotlandiyadan olan istehsalçıların ciddi etirazına səbəb olub. Onların narazılığı keyfiyyət standartlarındakı fərqlərlə bağlıdır: Şotlandiya tək səməni viskisi üçün bütün istehsal mərhələlərinin, o cümlədən distillə prosesinin Şotlandiyadakı eyni zavodda həyata keçirilməsi məcburidir. Lakin ingilis içkisi üçün tətbiq edilən qaydalar bəzi proseslərin fərqli məkanlarda icra olunmasına icazə verir. Mövcud vəziyyətlə əlaqədar doxsana yaxın Şotlandiya viski istehsalçısının maraqlarını müdafiə edən assosiasiya bu həftə ərzində Böyük Britaniya hökumətinin qərarından rəsmi şəkildə şikayət etməyə hazırlaşır.
Mənbə oxu.az

Oxşar Xəbərlər