Ukrayna təhlükəsi: Putin bu toplantının yerini dəyişdi
Ukraynanın zərbələr endirməsi təhlükəsi səbəbindən "Valday" Diskussiya Klubunun illik toplantısı Soçidən Moskva vilayətinə köçürülüb.
Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, iştirakçılara göndərilən dəvətnamələrdə əvvəlcə Soçi göstərilib, lakin avqustun sonlarında onlara görüş yerinin dəyişdirilməsi barədə xəbərdarlıq edilib.
Məkanın dəyişdirilməsi barədə qərarın Prezidentin Təhlükəsizlik Xidmətinin təkidilə qəbul edildiyi bildirilir.
Nəşr qeyd edir ki, Putin özü artıq çox nadir hallarda Soçiyə – iqamətgahlarından birinin yerləşdiyi şəhərə səfər edir.
Məlumata görə, Rusiya prezidenti son iki il ərzində Soçiyə cəmi iki dəfə səfər edib. Sonuncu dəfə o, 2025-ci ilin oktyabrında "Valday" klubunun iclasında iştirak etmək üçün orada olub.