Kriminal
Hərbi çağırışdan boyun qaçıran iki nəfər barəsində cinayət işi başlanıb
Hərbi çağırışdan boyun qaçıran şəxslərin barəsində cinayət işi başlanıb. Oxu.Az xəbər verir ki, bu barədə Hərbi Prokurorluq məlumat yayıb. Bildirilib ki, Hərbi Prokurorluqda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən daxil olmuş materiallar üzrə aparılmış araşdırma nəticəsində iki çağırışçının tibb müayinələrin nəticələrinə əsasən hərbi xidmətə yararlı hesab olunduqları halda, qanuni əsas olmadan növbəti hərbi çağırışdan boyun qaçırmaları faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Diqqətə çatdırılır ki, qanuni əsas olmadan hərbi çağırışdan boyun qaçıran şəxslərin barəsində ciddi tədbirlər görüləcək.
Mənbə
oxu.az