Siyasət

Qərbi Azərbaycan İcmasından Ermənistana sərt mesaj: "Revanşist qüvvələrin dəyirmanına su tökür"

15 Sep 2026, 10:18 2 baxış
Qərbi Azərbaycan İcmasından Ermənistana sərt mesaj: "Revanşist qüvvələrin dəyirmanına su tökür"
"Qərbi Azərbaycan İcması (QAİ) ölkədə akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura son səfərinə Ermənistanın kəskin reaksiya verməsini qətiyyətlə pisləyir və bunu ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə açıq hörmətsizlik kimi qiymətləndirir". Oxu.Az xəbər verir ki, bu, icmanın yaydığı bəyanatda əksini tapıb. Qeyd edilib ki, Azərbaycan və Ermənistanın sülhə doğru yaxınlaşdığı bir vaxtda bu cür dağıdıcı addımlar sülh prosesinə zərbə vurur, qarşılıqlı etimadı zədələyir və revanşist qüvvələrin dəyirmanına su tökür. QAİ Ermənistanın bu yanaşmasını Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi və irredentizmin yenidən alovlandırılmasına yönəlmiş addım hesab edir. Bu, eyni zamanda, Ermənistanın sülh və normallaşma prosesində səmimi olmadığını göstərir. Erməni cəmiyyəti Azərbaycanın suveren əraziləri və tarixi mövzular ilə bağlı əsassız iddialar səsləndirmək əvəzinə, ilk növbədə, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin mədəni-tarixi irsin inkar və təhrif edilməsinə, eləcə də dağıdılmasına son qoyulmasına diqqət yetirməlidir. Bu, iki ölkə və cəmiyyət arasında davamı sülhün bərqərar olmasına xidmət edən əməli addım olardı.
Mənbə oxu.az

Oxşar Xəbərlər