Kriminal

Bərdədə ağır qəza: ölü və yaralılar var

14 Sep 2026, 23:04 25 baxış
Bərdədə ağır qəza: ölü və yaralılar var

Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Axar.az Teleqraf-a istinadən xəbər verir ki, qəza günorta saatlarında rayonun Alpout kəndi ərazisində qeydə alınıb.


Hadisə zamanı VAZ-2109 və “Saipa” markalı avtomobillər toqquşub. Nəticədə avtomobillərdə olan 4 nəfər 1985-ci il təvəllüdlü Elnur Nurəddin oğlu Mahmudov, 1996-cı il təvəllüdlü Zemfira Vaqif qızı Məmmədəliyeva, 1974-cü il təvəllüdlü Xələf Həsənağa oğlu Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Yaralılar xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, VAZ-2109 markalı avtomobilin sürücüsü, Şəki rayon sakini, 1989-cu il təvəllüdlü Aydın Akif oğlu Məmmədiyeyevin həyatını xilas etmək mümkün olmayıb.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər