Dünya

İordaniyanın Əqəbə limanında ammonyak sızması: Xəsarət alanlar var

14 Sep 2026, 21:30 3 baxış
İordaniyanın Əqəbə limanında ammonyak sızması: Xəsarət alanlar var
İordaniyanın Əqəbə limanında yerləşən sənaye kompleksinin müəssisələrindən birində ammonyak sızması qeydə alınıb və hadisə nəticəsində fəhlələr xəsarət alıblar. Oxu.Az xəbər verir ki, bunu yerli administrasiyanın ətraf mühit və ictimai təhlükəsizlik üzrə komissarı Nidal əl-Avran "Al-Mamlaka" telekanalına açıqlamasında deyib. Komissarın sözlərinə görə, ən azı 11 nəfər yüngül və orta dərəcəli boğulma halları ilə üzləşib. "Onlardan bir neçəsi elə sənaye kompleksinin öz klinikasında tibbi yardım alır, digərləri isə şəhər xəstəxanalarına təxliyə ediliblər", - deyə açıqlamada qeyd olunub. Mütəxəssis qeyd edib ki, hadisə sıradan çıxmış təzyiq cihazında aparılan təmir bərpa işləri zamanı baş verib. Əvvəlcədən həmin cihazda toplanmış ammonyak qazı kiçikhəcmli sızmaya səbəb olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər