İdman

Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm - Dambrauskas

14 Sep 2026, 22:35 1 baxış
Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm - Dambrauskas

Əvvəllər deyirdilər ki, azərbaycanlı futbolçular niyə oynamır. Bu gün Rəhman Çempionlar Liqasının əsas mərhələsində oynayır. Ona hörmətlə yanaşmaq lazımdır. O, Azərbaycanın ən yaxşı üç futbolçusundan biridir.


Axar.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas “Şəfa” ilə matçdan (3-0) sonra mətbuat konfransında Rəhman Daşdəmirovun “Mançester Yunayted”lə oyundan sonra tənqid olunması barədə suala cavabında deyib.


“Tənqid normaldır, amma belə tənqidi qəbul etmirəm. Biz Çempionlar Liqasında oynayan ikinci Azərbaycan klubuyuq. Niyə bizi tənqid edirlər? Mən öz futbolçularımızın qədrini bilməyi məsləhət görərdim. Onlar böyük işlər görürlər. Belə tənqidi qəbul etmirəm və bunu hörmətsizlik kimi qiymətləndirirəm”, - Dambrauskas qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər