İdman

Mauro İkardinin yeni ünvanı bəlli olur

14 Sep 2026, 23:00 3 baxış
Mauro İkardinin yeni ünvanı bəlli olur
"Qalatasaray"dan ayrıldıqdan sonra klubsuz qalan Mauro İkardi karyerasını Yunanıstanda davam etdirə bilər. Oxu.Az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı argentinalı hücumçunun "Olimpiakos"un maraq dairəsində olduğu bildirilir. Hazırda tərəflər arasında danışıqların davam etdiyi qeyd olunur. Yunanıstan klubu İkardini maliyyə şərtlərinə razı sala bilsə, onunla 1+1 illik müqavilə imzalayacaq. Qeyd edək ki, İkardi karyerası ərzində "Sampdoriya", "İnter", PSJ və "Qalatasaray"ın formasını geyinib.
Mənbə oxu.az

Oxşar Xəbərlər