Cəmiyyət
Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA
Məktəblərdə bütün yaşdan olan qızlara sırğa taxmağın qadağan edilməsi ilə bağlı məlumat yayılıb. Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib ki, hazırda sözügedən məsələ ilə bağlı heç bir təlimat, tapşırıq verilməyib. Agentlik direktoru məsələnin araşdırılacağını, səbəblərin aydınlaşdırılacağını əlavə edib. Qeyd edək ki, bəzi valideynlər Bakı məktəblərində direktorlar tərəfindən qızların sırğa taxmasına qadağa qoyulduğunu bildirirlər. Valideynlərin iddialarına görə, qadağa bütün yaşdan olan qızlar üçün tətbiq edilir.
Mənbə
oxu.az