Dünya
Zelenskidən gözlənilməz qərar: Baş prokuroru vəzifədən kənarlaşdırdı
Ukrayna Prezidenti Volodimir Zelenski hərbi vəziyyət rejiminin ona verdiyi genişləndirilmiş səlahiyyətlərdən istifadə edərək Ruslan Kravçenkonu fərmanla baş prokuror vəzifəsindən kənarlaşdırıb. Oxu.Az xəbər verir ki, bu barədə Zelenskinin saytında dərc olunan sənəddən məlum olub. Ukrayna qanunvericiliyinə əsasən, baş prokuroru istefaya Ali Rada göndərir. Bu məsələ üzrə səsvermə sentyabrın 15-nə planlaşdırılırdı. Eyni zamanda, Kravçenkonun istefası üçün səslərin çatışmaya biləcəyi barədə ehtimallar ortaya çıxmışdı. Hazırda çərşənbə axşamı Ali Radada səsvermənin keçirilib-keçirilməyəcəyi bəlli deyil.
Mənbə
oxu.az
Oxşar Xəbərlər