Dünya

Böyük Britaniyada parçalanma siqnalı: Üç regionun lideri memorandum imzaladı

14 Sep 2026, 18:42 2 baxış
Böyük Britaniyada parçalanma siqnalı: Üç regionun lideri memorandum imzaladı
Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O'Nil Kardiffdə qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Oxu.Az "Sky News"a istinadən xəbər verir ki, sözügedən sənəd Kardiff şəhərində keçirilən görüş zamanı imzalanıb. Məlumata görə, liderlər Böyük Britaniya hökumətini regionların Birləşmiş Krallıqdan ayrılmaq üçün referendumlar təşkil edə bilməsi məqsədilə "hər bir yurisdiksiyada konstitusiya dəyişikliklərinə hazırlaşmağa, onları planlaşdırmağa və təmin etməyə" çağırıblar. Memorandumda Şimali İrlandiya, Uels və Şotlandiyanın öz gələcəklərini Avropa İttifaqının tərkibində gördükləri bildirilir. Həmçinin birinci nazirlərin iqtisadi məsələlərdə qarşılıqlı əməkdaşlığı gücləndirmək niyyətində olduqları da vurğulanır. Suini yaxın beş il ərzində Şotlandiyanın müstəqilliyi ilə bağlı yeni referendum keçirməyə çağırıb. O'Nil Böyük Britaniya və İrlandiya hakimiyyətlərini sərhədlə bağlı referendumun tarixini 2030-cu ilə qədər müəyyənləşdirməyə çağırıb. İorvert bildirib ki, Uelsin müstəqilliyi məsələsi və onun həlli müddəti "Uels xalqının əlindədir".
Mənbə oxu.az

Oxşar Xəbərlər