İdman
"Qarabağ"ın heç-heçəsi, Tovuzda mübahisəli penalti: "TOP-al"da həftənin futbol xülasəsi - VİDEO
Oxu.Az-ın "TOP-al" podkastının yeni buraxılışında ötən həftəsonunda keçirilən maraqlı futbol oyunları və gündəmdə olan əsas hadisələr müzakirə edilib. Verilişdə Azərbaycan Premyer Liqasında "Qarabağ" - "Zirə" (1:1) və "Turan Tovuz" - "Araz-Naxçıvan" (2:2) qarşılaşmaları, həmçinin Tovuz təmsilçisinin qapısına təyin olunan mübahisəli penalti qərarı barədə danışılıb. Bundan əlavə, İngiltərə Premyer Liqasında keçirilən Mançester derbisi, "Mançester Siti"nin 10 nəfərlə "Mançester Yunayted" üzərində 1:0 hesablı qələbəsi, eləcə də "Barselona" və "Arsenal"ın bu mövsümdəki uğurlu çıxışları müzakirə olunub. Buraxılışda həftəsonunun digər maraqlı futbol hadisələri ilə bağlı da fikir mübadiləsi aparılıb.
Mənbə
oxu.az