İdman

“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video

14 Sep 2026, 19:13 4 baxış
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video

Almaniya Bundesliqasının debütantı “Elfersberq”in stadionundakı qeyri-adi şərait diqqət çəkib.


Axar.az Qol.az-a istinadən xəbər verir ki, təxminən 13 min əhalisi olan şəhəri təmsil edən klubun stadionunda təmir işləri mövsümün əvvəlinə qədər başa çatdırılmayıb.


Bu səbəbdən komandaların paltardəyişmə otaqları stadionun ərazisində yerləşdirilmiş konteynerlərdədir. Futbolçuların meydana çıxması üçün nəzərdə tutulan müvəqqəti tunel isə açıq havada, tribunanın kənarı boyunca təşkil olunub.


Bu şəraiti son olaraq “Elfersberq”in qonağı olan “Bavariya”nın futbolçuları da yaxından görüblər. Oyun Münhen təmsilçisinin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.

Mənbə axar.az

Oxşar Xəbərlər