İdman
"Neftçi" gənc futbolçusu Emil Səfərovla müqaviləni uzatdı - FOTO
"Neftçi" futbolçusu Emil Səfərovla müqavilənin müddətini uzadıb. Oxu.Az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, 23 yaşlı yarımmüdafiəçi ilə yeni "2+1" illik müqavilə imzalanıb. Qeyd edək ki, 2024-cü ildən Bakı klubunda çıxış edən futbolçu bu müddətdə bütün turnirlərdə meydana çıxdığı 50 oyunda 3 qola, 5 məhsuldar ötürməyə imza atıb.
Mənbə
oxu.az