İdman
BOS-a yeni mətbuat katibi təyin olundu
Firuz Abdulla Bakı Olimpiya Stadionunun İctimaiyyətlə Əlaqələr və tədbirlərin təşkili şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.
Axar.az xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat yayıb.
Qeyd edək ki, Firuz Abdulla daha əvvəl AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsində çalışıb. O, həmin postdan 2023-cü ilin iyulunda ayrılıb.
Mənbə
axar.az