Digər
1664-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Rusiya müharibənin 1664-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 674 təyyarəsi, 284 helikopteri, 236 000 PUA-sı, 672 zenit-raket kompleksi, 30 922 tank və digər zirehli texnikası, 1 777 reaktiv yaylım atəş sistemi, 36 454 artilleriya və minaatanı, 71 878 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
Mənbə
axar.az