Metroda nasazlıq, sıxlıq yarandı
Səhər saatlarında Bakı metrosunda hərəkətdə problem yaranıb. Qatarların dayanması nəticəsində sərnişinlər vaqonlarda və stansiyalarda qalıb. Sıxlıq yaranıb və sərnişinlərin bir qismi metrodan çıxmağa məcbur olub.
Məsələ ilə bağlı Axar.az-a açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov bildirib ki, “İçərişəhər” stansiyasının giriş sahəsində qatarda nasazlıq yaranıb.
“Bu səbəbdən köməkçi qatar verilməklə nasaz qatar xətdən çıxarılıb. Qısa müddət ərzində Qırmızı xətt üzrə interval bərpa olunub.
Həmin müddət ərzində Yaşıl və Bənövşəyi xətlərdə qatarlar qrafikə uyğun olaraq hərəkət edib.
Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyirik”, - açıqlamada qeyd olunub.