Cəmiyyət

Bakı metrosunun işində yaranan problemin səbəbi açıqlandı - FOTO - VİDEO

14 Sep 2026, 08:50 2 baxış
Bakı metrosunun işində yaranan problemin səbəbi açıqlandı - FOTO - VİDEO
Bakı metrosunda qatarların hərəkətində yaranan problemin səbəbi açıqlanıb. Oxu.Az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin yaydığı məlumatda problemin yaranmasına səbəb kimi "İçərişəhər" stansiyasının giriş sahəsində qatarda nasazlığın yaranması göstərilib. "Bu səbəbdən köməkçi qatar verilməklə nasaz qatar xətdən çıxarılıb. Qısa müddət ərzində "qırmızı xətt" üzrə interval bərpa olunub. Həmin müddət ərzində "yaşıl" və "bənövşəyi xət"lərdə qatarlar qrafikə uyğun olaraq hərəkət edib. Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyirik", - deyə məlumatda bildirilib. Bakı metrosunda qatarların hərəkətində gecikmə baş verib. Bu barədə Oxu.Az-a məlumat daxil olub. Qeyd olunub ki, artıq 15 dəqiqədir ki, qatarlar "Koroğlu" stansiyası ilə "Ulduz" stansiyası arasında dayanıb. "Deyirlər ki, qarşıda nəsə problem var. Qatarda kondisioner də yoxdur. Nəfəs almaq olmur", - deyə məlumatda bildirilib.

Oxu.Az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən fakt təsdiqlənib. "Problem "qırmızı xət"dədir. Yaxın zamanda xəbər veriləcək", - deyə QSC-dən vurğulanıb.



Bakı metrosunun işində yaranan problemin səbəbi açıqlandı - FOTO - VİDEO Bakı metrosunun işində yaranan problemin səbəbi açıqlandı - FOTO - VİDEO Bakı metrosunun işində yaranan problemin səbəbi açıqlandı - FOTO - VİDEO Bakı metrosunun işində yaranan problemin səbəbi açıqlandı - FOTO - VİDEO Bakı metrosunun işində yaranan problemin səbəbi açıqlandı - FOTO - VİDEO Bakı metrosunun işində yaranan problemin səbəbi açıqlandı - FOTO - VİDEO Bakı metrosunun işində yaranan problemin səbəbi açıqlandı - FOTO - VİDEO Bakı metrosunun işində yaranan problemin səbəbi açıqlandı - FOTO - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər