Digər

Putin çıxılmaz durumdadır: Qışa qədər...

14 Sep 2026, 09:00 1 baxış
Putin çıxılmaz durumdadır: Qışa qədər...

Putin döyüş əməliyyatlarının qışa qədər dayandırılmasında maraqlı deyil, çünki soyuqları gözləyərək daha çox təsir rıçaqları əldə edəcəyinə ümid edir.


Axar.az xəbər verir ki, bunu amerikalı senator Tom Tillis deyib.


Senatorun sözlərinə görə, Putinin qışa qədər döyüş əməliyyatlarının tempini azaltmaqda heç bir marağı yoxdur:


"Onun vaxtı getdikcə azalır. Rusiya iqtisadiyyatı çətinliklərlə üzləşir. O, seçkilərə getməlidir. Könüllüləri cəbhəyə cəlb etmək üçün minlərlə dollar ödədikdən və məhbusları döyüş meydanına göndərdikdən sonra o, məcburi səfərbərlik məsələsini nəzərdən keçirməli olacaq. Bütün bunlar çıxılmaz vəziyyətdə olan despotun əlamətləridir. Tərəfdaşlar bu qış Ukraynanı dəstəkləmək üçün mümkün olan hər şeyi etməlidirlər. Çünki Putin məhz soyuq havalara ümid edir və bunun ona daha çox təsir rıçaqları qazandıracağını düşünür".

Mənbə axar.az

Oxşar Xəbərlər