Dünya
50 konsertə hazırlaşırdı, iki gün sonra həyatını itirdi: Maykl Ceksonun son saatları - VİDEO
2009-cu il martın 5-də Londonda "This is it" konsert turu ilə səhnəyə möhtəşəm qayıdışa hazırlaşan Maykl Cekson üçün ilkin olaraq 10 konsert planlaşdırılsa da, görünməmiş tələbat səbəbindən bu rəqəm 50-yə çatdırıldı. Oxu.Az bildirir ki, bu barədə Baku TV-də yayımlanan süjetdə bəhs olunur. Qeyd olunub ki, konsertlərə hazırlıq prosesi getdikcə daha ağırlaşdı və Ceksonun yorğunluq, yuxusuzluq, arıqlama və məşqlərdə çətinlik çəkməsi onun səhhəti ilə bağlı ciddi narahatlıqlar yaratdı.
İyunun 19-da onun vəziyyəti ilə bağlı keçirilən görüşdə şəxsi həkimi Konrad Murey Ceksonun sağlamlığına nəzarətin öz üzərinə düşdüyünü bildirdi və müğənninin səhnəyə çıxmağa hazır olacağına əminliyini ifadə etdi. Bütün narahatlıqlara baxmayaraq, Cekson iyunun 23-də təxminən bir saat yarım davam edən məşqdə mahnı oxuyub rəqs edərək yüksək enerji nümayiş etdirdi və iyunun 24-də də məşqlərini davam etdirdi. Lakin həmin gecə evinə qayıtdıqdan sonra yuxuya getməkdə çətinlik çəkən müğənni həkiminin verdiyi güclü preparatdan sonra yuxuya getdi və bir müddət sonra Murey onun nəfəs almadığını görərək reanimasiya tədbirlərinə başladı. Təcili tibbi yardımın bütün səylərinə baxmayaraq, Maykl Cekson 25 iyun 2009-cu il saat 14:26-da vəfat etdi, ölümündən iki il sonra isə Konrad Murey ehtiyatsızlıqdan adam öldürməkdə təqsirli bilinərək dörd il müddətinə azadlıqdan məhrum edildi.

Mənbə
oxu.az