Dünya
İranın strategiyası dünya iqtisadiyyatını hədəfə alır? - VİDEO
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Dünyada qida təhlükəsizliyi sahəsində yeni çağırışlar nədən ibarətdir və urbanizasiya, dəyişən həyat tərzi, yeni qida istehsalı texnologiyaları və qida əlavələri bu sahəyə necə təsir göstərir? Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılması və 27 milyon manatlıq investisiya Azərbaycanın ixrac imkanları və Yaxın Şərq bazarındakı mövqeyi baxımından nə vəd edir? Yaxın Şərqdə gərginliyin artması fonunda husilərin hərbi fəallığının yüksəlməsi Yəmən, Səudiyyə Ərəbistanı və ABŞ ilə yanaşı, qlobal təhlükəsizlik və iqtisadiyyat üçün hansı yeni risklər yaradır? Yaxın Şərq və Qara dənizdə baş verən proseslər arasında hansı əlaqələr var və bu hadisələrin Azərbaycanın iqtisadi və təhlükəsizlik maraqlarına mümkün təsirləri nələrdir? Verilişdə bu və digər suallara aydınlıq gətirilib.
Mənbə
oxu.az