Digər

Qardaş ölkə Ermənistana səfir göndərdi - İlk dəfə

12 Sep 2026, 12:36 3 baxış
Qardaş ölkə Ermənistana səfir göndərdi - İlk dəfə

Pakistanın Ermənistana yeni təyin olunmuş səfiri Şövkət Əli Xan etimadnaməsini Prezident Vaaqn Xaçatryana təqdim edib.


Axar.az xəbər verir ki, Xaçatryan səfiri məsuliyyətli missiyasını başlaması münasibətilə təbrik edib, ona uğurlar arzulayıb.


Görüşdə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və yeni istiqamətlərin təşviqi imkanları müzakirə olunub.


Qeyd edək ki, Pakistan Ermənistanın Azərbaycana qarşı təcavüzünə görə bu ölkə ilə heç bir diplomatik münasibətlər qurmayıb. Yalnız Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən və Ermənistanla sülh sazişi paraflandıqdan sonra, ötən il Pakistan da Ermənistanla siyasi əlaqələrin qurulması istiqamətində addım atıb.


Şövkət Əli Xan Pakistanın Ermənistandakı ilk səfiridir.

Mənbə axar.az

Oxşar Xəbərlər