Dünya

Məşhur pop-ulduz Ledi Qaqa ana oldu

12 Sep 2026, 12:12 3 baxış
Məşhur pop-ulduz Ledi Qaqa ana oldu
ABŞ-li pop-ifaçı Ledi Qaqa ilk dəfə analıq sevincini yaşayıb. Oxu.Az-ın məlumatına görə, bu barədə "Page Six" nəşri xəbər yayıb. Nəşrin məlumatına əsasən, məşhur müğənni və nişanlısı, iş adamı Maykl Polanskinin bu yaxınlarda ilk ortaq övladları dünyaya gəlib. Körpənin cinsi, adı və dəqiq doğum tarixi hələlik mətbuata açıqlanmır. Şimali Kaliforniyada fotojurnalistlər cütlüyü yeni doğulmuş körpə ilə birlikdə kameralara çəkiblər. Yayılan fotolarda Ledi Qaqanın uşağı qucağında daşıdığı diqqət çəkir. Bundan əvvəl isə "Daily Mail" qəzeti cütlüyə yaxın mənbəyə istinadən ulduzun Polanski ilə gizli şəkildə evlənə biləcəyini iddia etmişdi. İnformatorun sözlərinə görə, bir aydan çoxdur ki, tanışlarından heç kim onu görməyib və xəbər almayıb. Mənbə müğənninin Polanski ilə birlikdə gizlində bal ayı keçirdiyini ehtimal edib. Başqa bir məlumatda isə Qaqanın qırx yaşından sonra ailə qurmaq arzusunda olduğu qeyd edilib. Xatırladaq ki, Ledi Qaqa və Maykl Polanski 2024-cü ildə nişanlanıblar. Həmin ilin oktyabr ayında Cimmi Kimmelin proqramına müsahibə verən sənətçi sevgilisi ilə sadəcə nikah bağlayıb Çin yeməkləri sifariş etmək istədiyini bildirmişdi. O, zarafatla qeyd etmişdi ki, xarakterini nəzərə alsaq, toyu təkbuynuzlu atların olduğu sirki xatırladacaq. 2026-cı ilin martında isə Qaqa Bruno Marsın radio şousunda Polanski ilə toyunun tezliklə baş tutacağına söz vermişdi.
Məşhur pop-ulduz Ledi Qaqa ana oldu Məşhur pop-ulduz Ledi Qaqa ana oldu
Mənbə oxu.az

Oxşar Xəbərlər