Dünya
Yaxın Şərqdə gərginliyin fəsadları: Neft tankerlərinin daşınma qiymətləri rekord həddə çatdı
ABŞ-İran müharibəsi və Yəməndə husilərlə toqquşmalar fonunda gəmilərə hücumların artması iri neft tankerləri ilə daşınmanın qiymətlərini rekord səviyyəyə yüksəldib. Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, Oman körfəzindən Çinə neft daşıyan supertankerlərin daşınma tarifi rekord həddə çataraq bir barel üçün təxminən 11.5 dollar təşkil edib. Qeyd olunub ki, bu, göstərici cari ilin əvvəlindən bəri qeydə alınan ən yüksək səviyyədir. Qiymətlərin artması Yaxın Şərqdə münaqişənin genişlənməsi və gəmilərə hücumların intensivləşməsi ilə əlaqələndirilir. Məqalədə qeyd olunur ki, daşınma xərclərinin yüksəlməsi qlobal iqtisadiyyata da təsir göstərə bilər. Yüksək tariflərin uzun müddət davam etməsi inflyasiya təzyiqlərini artıra, həmçinin qeyri-müəyyənliklə üzləşən şirkətlər və istehlakçılar üçün xərcləri yüksəldə bilər. Qiymət artımının Yaxın Şərqdəki digər marşrutlara da yayıldığı bildirilir.
Mənbə
oxu.az
Oxşar Xəbərlər