İdman

"Sumqayıt" Fransadan yeni oyunçu transfer etdi

11 Sep 2026, 21:48 2 baxış
"Sumqayıt" Fransadan yeni oyunçu transfer etdi
"Sumqayıt" futbol klubu Fransanın "Qrenobl" komandasında çıxış etmiş Mamadi Banqreni transfer edib. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, futbolçu ilə "1+2" illik müqavilə imzalanıb. 25 yaşlı vinger "Sumqayıt"da 11 nömrəli forma ilə çıxış edəcək. Banqre Fransanın "Tuluza" klubunun yetirməsidir. O, karyerası ərzində "Tuluza", "Trua", "Po" və "Qrenobl" komandalarının formasını geyinib. Futbolçu Burkina-Faso millisində isə 9 oyun keçirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər