Dünya
İsrail ordusu Qəzzada HƏMAS-ın iki komandirini zərərsizləşdirdi
İsrail hərbçiləri Qəzza zolağında HƏMAS hərəkatının silahlı dəstələrinin iki komandirini zərərsizləşdiriblər. Oxu.Az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Onlardan biri HƏMAS-ın Xan-Yunis şəhərindəki hərbi qanadının komandiri Məhəmməd Yəzuri olub. O, sentyabrın 11-nə keçən gecə endirilən dəqiq zərbə nəticəsində öldürülüb. Ordunun məlumatına görə, eyni zamanda HƏMAS-ın həmin bölməsindən daha iki radikal da öldürülüb. Başqa bir əməliyyat nəticəsində Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhəri ərazisində Müamin Cabir əs-Seyid Əbu Ləbda öldürülüb. İsrail hərbçilərinin məlumatına görə, o, Rəfahda HƏMAS-ın snayperlər bölməsinə komandirlik edib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər