İdman
"Çelsi" portuqaliyalı ulduzu ilə müqaviləni uzatdı - FOTO
İngiltərənin "Çelsi" klubu futbolçusu Pedru Netu ilə müqavilənin müddətini uzadıb. Oxu.Az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 26 yaşlı vingerin yeni sözləşməsi 2032-ci ilin yayına qədər qüvvədə olacaq. Qeyd edək ki, Portuqaliya millisinin üzvü 2024-cü ildən "Çelsi"nin formasını geyinir.
Mənbə
oxu.az