İqtisadiyyat

Fransanın mərkəzi bankı 1797-ci ildən bəri ilk dəfə defolt təhlükəsi barədə xəbərdarlıq edib

11 Sep 2026, 20:16 2 baxış
Fransanın mərkəzi bankı 1797-ci ildən bəri ilk dəfə defolt təhlükəsi barədə xəbərdarlıq edib
Fransa Bankının rəhbəri Emmanuel Mulen siyasətçi Jan-Lük Melanşonun ölkənin dövlət borcunun təxminən 18%-nin silinməsi təklifinin əleyhinə çıxış edib. Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, mərkəzi bankın rəhbəri bu ideyanı qanunsuz, təhlükəli və faydasız adlandırıb. Qeyd olunub ki, Melanşon sosial xərclər üçün əlavə vəsait ayırmaq məqsədilə Fransa Bankının balansında olan borcun ləğv edilməsini təklif edir. Mulen xəbərdarlıq edib ki, belə addım Avropa sazişlərini pozacaq, inflyasiyanı sürətləndirəcək və faiz dərəcələrinin artmasına gətirib çıxaracaq. Mərkəzi bank rəhbərinin sözlərinə görə, bu, faktiki olaraq Fransa iqtisadiyyatının defoltu demək olacaq və 1797-ci ildən bəri ilk belə hal ola bilər. Bundan əvvəl Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard da təklifin əleyhinə çıxış edərək kreditorların mümkün reaksiyası barədə xəbərdarlıq edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər