Digər
Tanınmış italiyalı xanım siyasətçi öldü
Tanınmış italiyalı siyasətçi Emma Bonino 78 yaşında vəfat edib.
Axar.az xəbər verir ki, bu barədə onun üzvü olduğu "+ Avropa" Partiyası məlumat yayıb.
Qeyd edək ki, Emma Bonino 2013-2014-cü illərdə İtaliya xarici işlər naziri vəzifəsində çalışıb, eləcə də Romano Prodinin kabinetində nazir postunu tutub (2006-2008). O, prezidentliyə mümkün namizədlər sırasında da olub. Bir neçə il əvvəl ona xərçəng diaqnozu qoyulsa da, sağalıb.
Əlavə edək ki, bir neçə gün əvvəl onun ağır respirator (tənəffüs) problem ilə xəstəxanaya yerləşdirilib.
Mənbə
axar.az