Cəmiyyət

Nazir mərhum prokurorun general oğluna vəzifə verdi - FOTO

11 Sep 2026, 16:48 2 baxış
Nazir mərhum prokurorun general oğluna vəzifə verdi - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında yeni Baş İdarə yaradılıb. Oxu.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, yeni yaradılan qurumun adı Fəaliyyətin təşkili və əlaqələndirmə Baş İdarəsidir. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Mülki Müdafiə Qoşunlarının rəis müavini general-mayor Elçin Şirxan oğlu Adıgözəlov vəzifəsindən azad edilərək Fəaliyyətin təşkili və əlaqələndirmə Baş İdarəsinin rəisi təyin olunub. Qeyd edək ki, 2020-ci ilin 15 dekabrında Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Elçin Adıgözəlova general-mayor rütbəsi verilib. O, bir sıra rayonlarda prokuror vəzifəsində işləmiş mərhum Şirxan Adıgözəlovun oğludur.
Nazir mərhum prokurorun general oğluna vəzifə verdi - FOTO Nazir mərhum prokurorun general oğluna vəzifə verdi - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər