Mədəniyyət

Həmidə Ömərova AKİ-dəki seçkidən danışdı: "Namizəd idim, amma mənə söz verilmədi"

11 Sep 2026, 16:58 2 baxış
Həmidə Ömərova AKİ-dəki seçkidən danışdı: "Namizəd idim, amma mənə söz verilmədi"
"Düşünürəm ki, seçkinin nəticəsi ilə bağlı nəyisə şərh etməyin mənası yoxdur. Çəkiliş olub, videoda hamısı var". Bunu Oxu.Az-a açıqlamasında Müstəqil Kino Platforması tərəfindən Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri postuna namizədliyi irəli sürülmüş Xalq artisti Həmidə Ömərova deyib. "Nə deyə bilərəm? Bildiyiniz kimi, mənim namizədliyim alternativ olaraq irəli sürülmüşdü. Yəni namizədliyimi 50-yə yaxın kinematoqraf irəli sürmüşdü ki, seçkilər alternativ keçsin. Amma nə mənə, nə də təklifi irəli sürən kino adamlarına söz verilmədi. Nəticə də belə oldu ki, Şəfiqə xanım sədr seçildi. Onu təbrik edirəm və gələcək işində müvəffəqiyyət, uğurlar arzulayıram. Şəfiqə xanım mənim həmkarımdır, neçə illərdir özünü kinoya həsr edib. Şəfiqə xanımdakı işləmək arzusuna, enerjisinə heyran qalmışam. O işləyir, işləmək istəyir, çalışır və ümidvaram ki, Azərbaycan kinematoqrafçılarının, xüsusən də gənclərimizin yaratdığı platformaları dəstəkləyəcək və onlara bu yolda hər cür kömək edəcək", - deyə H.Ömərova bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər