Cəmiyyət
Biləcəridə səkkizmərtəbəli binanın sakinləri təhlükədə: Fasad uçdu - VİDEO
Bakının Biləcəri qəsəbəsində 8 mərtəbəli yaşayış binasının fasadı ilə bağlı narahatlıq yaranıb. Oxu.Az-a müraciət edən sakinlər bildiriblər ki, R.İsmayılov küçəsi, 19 ünvanında yerləşən binanın fasadında problem var. Müraciətə əlavə olunan görüntülərdə binanın qarşısındakı ərazidə fasaddan qopmuş materiallara bənzər hissələrin yerə düşdüyü görünür. Sakinlər bildiriblər ki, fasaddan hər hansı hissənin qoparaq aşağı düşməsi ərazidə hərəkət edən insanlar üçün təhlükə yaradır.
Mənbə
oxu.az