Cəmiyyət
Sərnişin avtobusunun qara tüstü buraxması narazılıq yaratdı - VİDEO
Bakıda avtobusun qara tüstü buraxaraq hərəkət etməsi narazılıq yaradıb. Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Qeyd edilib ki, Mərdəkan şosesində hərəkətdə olan, 77-ZF-339 dövlət qeydiyyat nişanlı, 340 nömrəli xətt üzrə hərəkət edən sərnişin avtobusunun havaya qatı qara tüstü buraxaraq hərəkət etdiyi müşahidə edilib. Bildirilib ki, avtobusun qatı qara tüstü buraxaraq hərəkət etməsi arxadan gələn nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmaqla yanaşı ətraf mühitə də ziyan vurur. "Biz karbon emissiyasını azaltmağı öhdəmizə götürmüşdük. İnfrasturukturu yeniləyir, "yaşıl nəqliyyata" keçirik. İnkişaf etmiş ölkələrin iri şəhərlərində mühərriki nasaz, bu cür qalın qara tüstü buraxan və emissiya tələblərinə cavab verməyən avtobusların xəttə buraxılması yolverilməz hesab olunur. Bu cür nasaz maşınlar şəhərin havasını korlayır, insanların səhhətində çoxsaylı problemlər yaradır", - deyə şikayətdə bildirilir. Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.

Mənbə
oxu.az