Kriminal
Hacıqabulda dəhşət: Rəis müavini faciəli şəkildə öldü
Hacıqabul rayonunda 42 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında Hacıqabul rayonunun Qarasu kəndində dəmiryol xəttinin ərazisində qeydə alınıb. Rayon sakini, 1984-cü il təvəllüdlü Davud Aydın oğlu Məmmədov ərazidə yerləşən transformatorda ehtiyatsız davranıb və onu yüksəkgərginlikli elektrik cərəyanı vuraraq öldürüb. Məlumata görə, Davud Məmmədov "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Hacıqabul rayonun ərazisindəki elektrik müəssisəsinin rəis müavini imiş. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az