Kriminal
Bakıda hoteldə səs-küy salan qadın həbs edildi
Bakının Səbail rayonunda hoteldə səs-küy salan qadın həbs edilib. Oxu.Az Teleqraf.az-a istinadla xəbər verir ki, hadisə Neftçilər prospektində yerləşən otellərdən birində baş verib. Saatlı rayon sakini, 1999-cu il təvəllüdlü A.Fətullayeva hoteldə mübahisə yaradıb, orada işləyən Mübariz Qəhrəmanlıya qarşı qeyri-etik ifadələr səsləndirib. Mübariz Qəhrəmanlı izahatında qeyd edib ki, məlum hadisə günü, səhər saat 04:46 radələrində işlədiyi hoteldə üç nəfər yaxınlaşıb: "Xanımlardan biri spirtli içki təsiri altında hoteldə səs-küy salmağa başladı. Onların hotelə bu vəziyyətdə daxil ola bilməyəcəklərini bildirdim. Bu zaman xanım şəxsiyyətimə qarşı qeyri-etik küçə söyüşləri işlətdi". Təqsirli bilinən A.Fətullayeva isə izahatında özünü təqsirli bilib. O, hoteldə sərxoş halda olduğundan səs-küy salaraq nalayiq ifadələr işlətdiyini, etdiyi əməldən peşman olduğunu deyib. Səbail Rayon Məhkəməsinin qərarı ilə A.Fətullayeva 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Mənbə
oxu.az