Kriminal

Hacıqabuldakı qəzada xəsarət alanların vəziyyəti açıqlandı

11 Sep 2026, 12:57 3 baxış
Hacıqabuldakı qəzada xəsarət alanların vəziyyəti açıqlandı
Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb. Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, hadisə nəticəsində xəsarət alan üç nəfər (iki kişi, bir qadın) bu gün saat 00:10-da Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: "Müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbələrdə müalicələri davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir".
Mənbə oxu.az

Oxşar Xəbərlər